İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod
14 avqust 2016 08:16 (UTC +04:00)

İsrailli alimlərdən xərçəngə qarşı inqilabi metod

İsrail alimləri heyvanların qanından istifadə etməklə xərçəng xəstəliyinə qarşı tamamilə yeni mübarizə metodu təklif ediblər.

 

Trend-in Sputnik-ə istinadən xəbər verir ki, alimlərin gəldikləri qənaətə görə bədxassəli törəmələrin müalicəsində köpək balığının qanındakı böyük miqdarda anticisimlər çox səmərəli ola bilər.

 

Tez bir zamanda bu üsulun sınaqdan keçirilməsi gözlənilir. Mütəxəssislər bildiriblər ki, az dozada köpək balığı qanının onkoloji xəstənın orqanizminə tədricən tətbiq edilməsi planlaşdırılır.

 

Alimlər yeni metodu daha ətraflı araşdırdıqdan sonra könüllü xəstələr üzərində kliniki sınaqlara başlamaq niyyətindədirlər. Eyni zamanda, bir çox həkimlər nəticələrin çox yaxşı olacağına əmindirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar