İsrailin Baş Prokuroru bu ölkənin baş naziri Benyamin Netanyahunun da adının daxil olduğu iki olayla bağlı istintaqa başlamaq əmrini verib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İsrailin yerli televiziyasında yayımlanan xəbərdə həmin olayların nə ilə bağlı olduğu açıqlanmayıb.
İsrail Ədliyyə Nazirliyi isə məsələ ilə bağlı şərh vermək istəməyib.