İsrail hökuməti Şərqi Qüdsün cənub-qərb hissəsində əlavə 153 evin tikilməsinə razılıq verib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Qüdsün meri Meyr Turqeman bildirib.
Qeyd edək ki, bundan əvvəl Şərqi Qüdsdə 566 evin tikintisi razılaşdırılmışdır.
“Mən yaxın aylarda minlərlə evin tikintisi ilə bağlı icazə verməyi planlaşdırıram”, deyə Tuqerman ümumilikdə 11 min evin tikiləcəyini bildirib.
2016-cı ilin dekabrın 23-də BMT TŞ İsraildən Fələstin ərazilərində məskunlaşma siyasətinə son qoymasını tələb edən qətnamə qəbul edib.
Buna cavab olaraq İsrail BMT büdcəsinə ödəmələrini 6 mln. dollar azaldıb.