İsrailə məxsus hərbi təyyarələr Qəzza zolağına hava zərbəsi endirib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində 2 nəfər, o cümlədən 17 yaşlı gənc yaralanıb.
İsrail hərbçiləri “Həmas”a məxsus infrastrukturun hədəfdə olduğunu bildiriblər.
Bundan əvvəl Qəzzadan buraxılan raket İsrailin Sderot şəhərinə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb. İsrail hadisəyə görə məsuliyyəti «Həmas» təşkilatının üzərinə qoyub.