
İsrail parlamenti özünü buraxmaqla bağlı qanun layihəsini təsdiqləyib
İsrail parlamenti (Knesset) erkən özünü buraxmaqla bağlı qanun layihəsini birinci oxunuşda təsdiq edib.
ONA TASS-a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Qanun layihəsi 66 səs çoxluğu ilə təsdiqlənib. Bu gün sənədin ikinci və üçüncü oxunuşlar üçün hazırlanması məqsədilə xüsusi komissiya toplanacaq.
Bildirilir ki, qanun layihəsinə əsasən, 21-ci çağırış Knesset buraxılır və ümumi seçkilər 2019-cu il sentyabrın 17-nə təyin edilir.
Məlumata görə, baş nazir Binyamin Netanyahu mayın 29-na kimi hökumət koalisiyası yarada bilməyəcəyi təqdirdə, qanun layihəsi qəbul ediləcək.
Qeyd edək ki, hökumət koalisiyası yaratmaq üçün baş nazirə ayrılmış 42 günlük müddəti sabah axşam başa çatır.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09