İspaniyada mitinqə 100 min etirazçı qatıldı
01 fevral 2015 04:39 (UTC +04:00)

İspaniyada mitinqə 100 min etirazçı qatıldı

İsraniyanın solçu “Podemos” partiyası Madriddə təşkil etdiyi etiraz aksiyasına 100 mindən çox insan qatılıb. APA-nın “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, “dəyişikliklər marşı” şüarı ilə keçirilən yürüş iştirakçıları sərt iqtisadiyyat siyasətinə qarşı etirazını bildiriblər.

 

Müxtəlif şüarlar səsləndirən etirazçılar əllərində Yunanıstan dövlət və solçu SİRİZA partiyasının bayraqlarını dalğalandıraraq bu ölkənin solçuları ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

 

Qeyd edək ki, SİRİZA partiyası bir müddət əvvəl Yunanıstanda keçirilmiş parlament seçkilərində qələbə qazanıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar