İŞİD-in ikinci şəxsini Rusiya məhv edib - <span style="color:red;">YENİLƏNİB
31 avqust 2016 16:57 (UTC +04:00)

İŞİD-in ikinci şəxsini Rusiya məhv edib - YENİLƏNİB

 

Rusiya Su-34 təyyarəsinin Hələb vilayətində aviazərbələri zamanı İŞİD-in ikinci şəxsinin məhv edildiyini açıqlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, aviazərbə zamanı məhv edilən terrorçular arasında İŞİD-in mətbuatla iş üzrə rəsmi nümayəndəsi kimi tanınan səhra komandiri Əbu Məhəmməd Əl-Adnani də olub.

 

Bildirilir ki, o, İŞİD-in rəhbəri Əbubəkr Əl-Bağdadidən sonra terror təşkilatında ikinci şəxs hesab edilir.

 

***

 

23:58

 

Suriyanın Hələb şəhərində İŞİD komandirlərindən biri olan Əbu Məhəmməd əl Ədnani məhv edilib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “SITE Intelligence Group” təşkilatı məlumat yayıb.   

 

Radikal qruplaşmaların internet aktivliyini araşdıran təşkilatın məlumatına görə, Ədnani bu gün axşam saatlarında öldürülüb.

 

Britaniyanın “Sunday Times” nəşrinin məlumatına görə, İraqda döyüş təcrübəsi keçmiş Əl Ədnani terror qruplaşmasının azı 5 ölkədə - Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Belçikadakı qollarına görə cavabdehlik daşıyıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235
avatar

Oxşar yazılar