İŞİD terror təşkilatının döyüşçülərinin dinc əhalini “canlı qalxan” kimi istifadə etməsinin görüntüləri yayılıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, fotolar yaraqlıların Manbica şəhərindən geri çəkildiyi zaman lentə alınıb.
Bildirilir ki, şəhər avqustun 12-də İŞİD terrorçularından azad olunub. Elə həmin vaxt ekstremistlərin iki min nəfərdən “canlı qalxan” kimi istifadə etməsinə dair məlumatlar yayılmışdır.
Yerli sakinlər bir gün sonra azad ediliblər.