İŞİD terror qruplaşması Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb.
Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.