İŞİD 13 din xadimini oğurladı
15 yanvar 2017 16:21 (UTC +04:00)

İŞİD 13 din xadimini oğurladı

0

İŞİD terrorçuları Əfqanıstanın cənubundakı Nanqarxar əyalətində 13 üləmanı oğurlayıb.

 

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, din xadimlərindən ibarət qrup  bu gün səhər əyalətin Haski Mina rayonundakı mədrəsədə tələbələr üçün imtahan təşkil edib.

 

Həmin vaxt İŞİD terrorçuları mədrəsəyə hücum edib və 13 üləmanı da özləri ilə götürərək oranı tərk edərək naməlum istiqamətdə gediblər. Hüquq-mühafizə orqanları din xadimlərinin azad edilməsi üçün tədbirlər görür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 466

Oxşar yazılar