İrəvandakı mehmanxanaların birində rusiyalı zabitin meyiti aşkarlanıb.
APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, ölən şəxs 45 yaşlı Viktor Yemelyanovdur.
Bildirilir ki, V. Yemelyanov Rusiyanın Ermənistandakı hərbi bazasında qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.