İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Aksiya iştirakçıları hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər.
NEWS.am-ın xəbərinə görə, aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıblar.