İrəvan Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlayır
18 noyabr 2016 05:19 (UTC +04:00)

İrəvan Aİ ilə viza rejiminin sadələşdirilməsi üzrə danışıqlara başlayır

Ermənistan və Aİ tezliklə viza rejiminin sadələşdirilməsinə dair danışıqlara başlayacaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-nin genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Xan bildirib.

 

“Ermənistan və Aİ  viza rejiminin liberallaşdırılmasına dair danışıqlara başlayacaqlar. Aİ-yə üzv olan ölkələrdən bir neçəsi Ermənistanla viza rejiminin liberallaşdırılmasına razılığını versə də, Aİ-yə üzv olan 28 ölkənin hamısının razılığı gərəkdir”, - deyə Xan İrəvanda mətbuat konfransında bildirib.  

 

Yohannes Xan İrəvanda Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramına üzv olan ölkələrin XİN rəhbərlərinin 8-ci qeyri-rəsmi görüşündə iştirak edir.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Oxşar yazılar