İraq hökumətinin tərkibi dəyişir
İraq Baş Naziri Adel Abd əl-Mehdi ölkədə keçirilən aksiyalar fonunda hökumətin tərkibində dəyişikliklər etməyə razılaşıb.
APA-nın “Al-Sumaria” telekanalına istinadən verdiyi məlumata görə, hökumətdə dəyişiklik planının həyata keçirilməsinə baş nazirin köməkçiləri rəhbərlik edəcək.
Plan hökumətin tərkibində böyük dəyişikliklərin həyata keçirilməsini, korrupsiya hallarının araşdırılması üçün İraq Ali Məhkəməsinə yüksək səlahiyyət verilməsini nəzərdə tutur. Eyni zamanda yoxsulluq və işsizliklə mübarizə üzrə bir neçə mərhələni əhatə edən plan da hazırlanacaq.
Qeyd edək ki, oktyabrın 1-dən İraqda davam edən aksiyalarda toqquşmalar nəticəsində 113 nəfər ölüb, 4,1 mindən çox insan yaralanıb.
701