İran mülki müdafiə təşkilatının başçısı general Qulamrza Cəlali bildirib ki, ABŞ-la ehtimal olunan qarşıdurmadan müdafiə planının hazırlanmasına 3 il vaxt sərf edilib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, general Cəlali bu bəyanatı Tehranda keçirilən konfransda verib.
Onun sözlərinə görə, İranın yeni hərbi doktrinasında qüvvələrin bir yerə cəmləşib, düşməni hədəf alması nəzərdə tutulmayıb. «Ehtimal olunan hücum zamanı İslam Respublikası ABŞ-a assimetrik zərbə endirmək niyyətindədir. Hərbi fəaliyyətin yeni prinsiplərində mülki müdafiə qüvvələrinin önəminin artırılması nəzərdə tutulub» -deyən, general başçılıq etdiyi qurumun rolunun vacibliyini vurğulayıb.