İran uranın zənginləşdirilməsi üçün 18 min sentrifuqaya malikdir, onlardan 10 mini artıq fəaliyyət göstərir.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu bəyanatla İranın atom enerjisi təşkilatının vəzifədən getmək olan rəhbəri Firudin Abbasi (onu bu vəzifədə keçmiş xarici işlər naziri Ələkbər Salehi əvəzləyəcək) çıxış edib.
«Bu il iyulun 23-də birinci nəsil 17 min sentrifuqa varımız idi. Onlardan 10 min sentrifuqa artıq fəaliyyət göstərir, daha 7 minin istismara hazırlanır. Bundan başqa, əlavə 1000 sentrifuqa artıq quraşdırılıb və işə tam hazırdır»-deyə, o, bildirib.