İranın cənubunda 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 01:11-də qeydə alınan yeraltı təkanların episentri Minab şəhərindən 68 km şimal-şərqdə, ocağı isə 100 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
***
İranın cənubunda 4,7 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 58 km şimal-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.