İranda sosial şəbəkələrə giriş qadağan edildi
31 dekabr 2017 18:55 (UTC +04:00)

İranda sosial şəbəkələrə giriş qadağan edildi

İran hakimiyyəti hökumət əleyhinə keçirilən aksiyalar fonunda "Instagram" sosial şəbəkəsi və "Telegram"-a girişi müvəqqəti bağlayıb.

 

APA-nın məlumatına görə, bu barədə İranın IRIB Dövlət Televiziyası məlumat yayıb.

 

İran hakimiyyəti bunun ölkədə qayda-qanuni təmin etməyə yardımçı olacağını bəyan edib.

 

"Telegram"-ın bağlandığını onun yaradıcısı Pavel Durov da təsdiqləyib. P. Durov deyib ki, İran hakimiyyəti messencer administrasiyasından aksiya iştirakçılarının informasiya mübadiləsi məqsədi ilə istifadə etdikləri bir neçə "Telegram" kanalının bağlanmasını istəyib. Ancaq bu istəyi qəbul edilməyən İran hakimiyyəti ümumiyyətlə, "Telegram"-a girişi bağlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 324
avatar

APA Baycan

Oxşar yazılar