İranda film çəkilişində partlayış: 6 nəfər həlak olub
08 yanvar 2014 20:25 (UTC +04:00)

İranda film çəkilişində partlayış: 6 nəfər həlak olub

Yanvarın 8-i İranda azərbaycanlı kinorejissor Məsud Dehnəməkinin «Meraca yüksələnlər» filminin çəkilişi zamanı baş verən güclü partlayışda 5 nəfər həlak olub, daha bir neçə nəfər  ağır yaralanıb.

Lent.az-ın İranın «İSNA» xəbər agentliyinə istinadən məlumatına görə, Tehranla Qum şəhərləri arasında yerləşən kino şəhərciyində İran-İraq müharibəsinin motivi əsasında filmin çəkilişi zamanı baş verən olaya partlayıcı maddələrlə ehtiyatsız davranış səbəb olub. Nəticədə kino şəhərciyinin rəhbəri Ələkbər Rəncbər, səhnə tərtibatçısı Cavad Şərifirad, çəkiliş rəhbərinin köməkçisi Rza Fərəci, səhnə tərtibatı rəhbərinin köməkçisi Mürtəza Mövlai və qarovulçu Cəmşid Ehsani həlak olub. Partlayış zamanı onların hamısı avtomobildə imiş.

Səhnə tərtibatçıları Həmid Şəhiri və Mehdi Muradi ağır bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.

İran «Kino Evi» rəyasət heyətinin üzvü Abbas Şövqi jurnalistlərə deyib ki, hadisə İran kinematoqrafçılarına qoyulan bir sıra məhdudiyyətlərlə əlaqədardır:«Partlayışa çəkilişdə həqiqi hərbi partlayıcı maddələrdən istifadə səbəb olub. Bizə hərbi kino səhnəsində istifadə olunan təlim partlayıcı maddə idxal etməyə icazə vermirlər və biz bu kimi filmlərdə həqiqi partlayıcı maddələrdən istifadə etmək məcburiyyətində qalırıq. Dəfələrlə bu məsələyə etiraz etsək də, indiyədək nəticəsi yoxdur».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar