[b]İranda aksiyalarda 2 nəfərin öldürüldüyünü təsdiqlədi - YENİLƏNİB[/b]
31 dekabr 2017 16:15 (UTC +04:00)

[b]İranda aksiyalarda 2 nəfərin öldürüldüyünü təsdiqlədi - YENİLƏNİB[/b]

İran hakimiyyəti Lurestanda etiraz aksiyalarında toqquşmalar zamanı iki nəfərin öldüyünü təsdiqləyib.

 

APA-nın məlumatına görə, bu barədə İranın "Press TV"  telekanalı məlumat yayıb.

 

Telekanal təhlükəsizlik qüvvələrinin "aksiyaçılara atəş açmadığını" qeyd edib.

 

Qeyd edək ki, bundan öncə "Associated Press" agentliyi Dorud şəhərində aksiya zamanı iki nəfərin öldüyü barədə məlumat yayıb. 

 

 

12-47

 

 

İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb.

 

APA-nın məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

 

İran Dövlət Televiziyasına açıqlama verən bir İran rəsmisi ölən iki nəfərin İran polisi deyil, xarici agentlər tərəfindən öldürüldüyünü bildirib.

 

İran daxili işlər naziri Abdülrahman Rahmani Fazli  aksiyaçıların şəhərlərə qorxu, şiddət və terror yaydıqlarını və onlara sərt cavab veriləcəyini bildirib.

 

Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Dekabrın 29-da paytaxt Tehranda və Təbrizdə də etiraz aksiyaları başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

APA Baycan

Oxşar yazılar