İranda əhali benzini yalnız bu vasitə ilə ala biləcək
31 may 2019 12:52 (UTC +04:00)

İranda əhali benzini yalnız bu vasitə ilə ala biləcək

0
İranda əhali benzini yalnız "Yanacaq Kartı" ilə ala biləcək. ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Neft Məhsulları Paylama Şirkəti (NIOPDC) yazılı açıqlama yayıb.  
 
Açıqlamada 11  avqustdan etibarən nəqliyyat vasitəsi sahiblərinin benzini yalnız smart "Yanacaq Kartı" ilə ala biləcəkləri bildirilir.
 
Kart almaq üçün qeydiyyatdan keçənlərə poçt vasitəsilə “yanacaq kartı”nın çatdırılacağı deyilir.  Kartı olmayan, qeydiyyatdan keçməyən və ya itirən şəxslərin Yol Polisi İdarələrinə müraciət  etməsi tövsiyə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 969

Oxşar yazılar