İranda daşqınlar nəticəsində ölənlərin sayı 35-ə yüksəlib
İranın Şərqi Azərbaycan və Kürdüstan əyalətlərində sel nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.
APA-nın Tehran bürosunun məlumatına görə, İranın şimal-qərbində baş vermiş təbii fəlakət nəticəsində daha bir neçə nəfər itkin düşüb.
Ölənlər Kirmanşah əyalətinin, Şərqi Azərbaycan əyalətinin Azərşəhr və Əcəbşir şəhərlərinin sakinidir.
İran prezidenti təbii fəlakət bölgəsinə xüsusi nümayəndələr göndərib.
Təbriz şəhərində də sel evlərə ziyan vurub.
İranın Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində sel bir neçə körpünü dağıdıb, bir neçə kəndin əhalisi evakuasiya olunub.
Ölü və itkin sayının artacağı ehtimal olunur.
Qeyd edək ki, İranda güclü yağışlar nəticəsində bəzi çaylar məcrasından çıxıb, yaşayış məntəqələrinə ciddi ziyan dəyib.
239