İran yunan Kiprindən səfirini məsləhətləşmək üçün geri çağırıb.
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, buna səbəb İslam Respublikası vətəndaşının bu ölkədən ABŞ-a təhvil verilməsi göstərilib.
Mayın 9-da yunan Kiprinin xarici işlər naziri İoannis Kasulides məlumat verib. Mənbənin bildirdiyinə əsasən, iranlı BMT tərəfindən İrana verilməsi yasaqlanan mallar ötürmək şübhəli bilinir. Hələlik ötürülməsi nəzərdə tutulan malın adı açıqlanmır.
Kasulidesin sözlərinə görə, iranlının ABŞ-a verilməsinin qarşısını almaq məqsədi ilə Tehran hakimiyyəti onlara siyasi təzyiq edib