Mayın 23-də İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Türkiyəyə səfər edəcək.
APA-nın İRNA-ya istinadən məlumatına görə, səfər bir gün çəkəcək. Eyni zamanda İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsini icra edən A.Əraqçı səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və digər rəsmilərlə görüşəcək. Görüşlərdə iki ölkə arasındakı əlaqələr, Türkiyədə yaşayan iranlıların vəziyyəti, həmçinin regional və qlobal məsələlər əsas müzakirə mövzusu olacaq.