İran və Rusiya okeanda birgə hərbi təlimlər keçirəcək
İran və Rusiya birgə hərbi dəniz təlimləri keçirəcək.
APA-nın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, Hind okeanında keçiriləcək birgə təlimlər üçüncü ölkəyə qarşı yönəlməyəcək.
Qeyd edək ki, bu ilin iyul ayının sonunda İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Hüseyin Xanzadi İran və Rusiyanın ilin sonuna qədər Hind okeanında hərbi təlimlər keçirəcəyini söyləyib.
726