İran parlamentində ilk dəfə Türk Fraksiyası yaradılıb
31 oktyabr 2016 19:09 (UTC +04:00)

İran parlamentində ilk dəfə Türk Fraksiyası yaradılıb

İran parlamentində ilk dəfə Türk Fraksiyası yaradılıb.

 

Lent.az-ın azadlıq.org-a istinadən məlumatına görə, bu barədə İSNA agentliyinə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib.

 

O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.

 

Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.

 

Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə o bildirib.

 

“Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.

 

“Səhər” portalının yazdığına görə, bu barədə İSNA agentliyinə fraksiyanın sözçüsü Zəhra Sai məlumat verib.

 

O, bildirib ki, türklərin yaşadığı bölgələri təmsil edən fraksiya 100 deputatının iştirakı ilə yaradılıb. “Bunlardan 25-i mərkəzi şuranın üzvləridir. İclasda rəyasət heyəti üçün də seçki keçirildi və nəticədə islahatçı siyasətçi və Təbriz millət vəkili Məsud Pezeşkian fraksiyanın rəhbəri seçildi”.

 

Zəhra Sainin sözlərinə görə, Urmiyədən olan deputatı Nadir Qazipur və Ərdəbildən olan millət vəkili Rza Kərimi fraksiyanın sədr əvəzi seçiliblər.

 

Zəhra Şai fraksiyanın yaradılmasının məqsədindən də danışıb: “Ölkədə türk sakinli bölgələrin genişliyi və bu bölgələrdə problemlərin həlli üçün strateji idarəetməni nəzərə alaraq bu fraksiya türk dilli deputatların iştirakı ilə bu bölgələrdəki problemlərin həlli məqsədi ilə yaradıldı”,deyə o bildirib.

 

“Amerikanın səsi” radiosu hələ bundan əvvəl belə bir fraksiya yaradılması ilə bağlı məlumat yaymış və məsələyə siyasi ekspertlərin münasibətini öyrənmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 152
avatar

Oxşar yazılar