İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası fəaliyyətə başladı
İran parlamentində "Sanksiyalarla mübarizə" fraksiyası bu gündən rəsmən fəaliyyətə başlayıb.
APA-nın Tehran bürosunun məlumatına görə, fraksiya bu gün ilk iclasını keçirib və rəyasət heyətindəki deputatlar müəyyənləşib.
Məlumatda bildirilir ki, ABŞ dünyanın 25 ölkəsinə qarşı sanksiyalar tətbiq edir, parlamentdə bu fraksiyanı yaratmaqla 25 ölkənin parlamentləri ilə birlikdə ABŞ sanksiyalarına qarşı birgə fəaliyyət klubu yaradılacaq.
Fraksiyanın Rəyasət Heyətinin sədri Məhəmmədəli Purmuxtar, sədrin birinci müavini Həsən Bəhramniya, ikinci müavini Seyif Təqi Kəbiri və sözçü Seyid Əhsən Ələvi seçilib.
877