İran Həştərxana hərbi gəmilər göndərib
27 iyun 2013 12:52 (UTC +04:00)

İran Həştərxana hərbi gəmilər göndərib

İran Rusiyanın Həştərxan limanına hərbi gəmilər göndərib. APA-nın İRİB-ə istinadən məlumatına görə, İran Hərbi-Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib.

 

Onun sözlərinə görə, bunda məqsəd iki ölkənin hərbi-dəniz qüvvələri arasında əlaqələri daha da sıxlaşdırmaqdır: “Rusiya limanına “Peykan” və “Covşən” raketatan hərbi gəmiləri göndərilib. Dənizin təhlükəsizliyini qorumaq, təlim, dəniz əlaqələri və texniki sahələrdə güclərimizi artıracağımıza ümid edirik”.

 

# 853
avatar

Oxşar yazılar