İran diplomatlarına qarşı sui-qəsd cəhdi oldu
03 aprel 2018 01:46 (UTC +04:00)

İran diplomatlarına qarşı sui-qəsd cəhdi oldu

0

Yunanıstanın paytaxtı Afinada İran səfirliyinin iki əməkdaşına qarşı sui-qəsd cəhdi olub.

 

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstan polisinin mətbuat xidməti açıqlama yayıb.

 

Məlumata əsasən, martın 28-də bıçaqla silahlanmış şəxs İranın Yunanıstandakı səfirliyi qarşısında diplomatlara hücum edib. Şəxsiyyəti müəyyənləşdirilərək saxlanılan 47 yaşlı İran vətəndaşı aprelin 1-də məhkəmənin qərarı ilə həbs edilib. O ifadələrində cinayət əməllərini etiraf edib.

 

Bundan əlavə onun iki dəfə diplomatik missiyanın girişində yanğın törətmək cəhdi də üzə çıxıb. İnsidentin motivləri müəyyənləşdirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar