İran ABŞ-ın Astana görüşündə iştirakına qarşıdır
17 yanvar 2017 22:18 (UTC +04:00)

İran ABŞ-ın Astana görüşündə iştirakına qarşıdır

Rəsmi Tehran Astanda yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxış edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib.  

 

“Biz ABŞ-ın danışıqlarda iştirakının əleyhinəyik. Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”, - deyə Zərif bildirib.  

 

Qeyd edək ki, danışıqlar Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək.

 

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini qeyd edib, lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu vurğulayıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342
avatar

Oxşar yazılar