İran “Stena Impero”nun heyət üzvlərinin bir hissəsini buraxıb
05 sentyabr 2019 07:30 (UTC +04:00)

İran “Stena Impero”nun heyət üzvlərinin bir hissəsini buraxıb

 

İran hakimiyyət orqanları iyul ayında saxlanılan İsveçə məxsus “Stena Impero” tankerinin bir neçə heyət üzvünü sərbəst buraxıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçin xarici işlər naziri Marqot Vallstrem Twitter hesabında yazıb: "İsveç şirkətinə məxsus və Britaniya bayrağı altında üzən “Stena Impero” tankerinin heyət üzvlərinin bir hissəsinin sərbəst buraxılmasından məmnunuq. Qalan heyət üzvlərinin də sərbəst buraxılacağını gözləyirik. Bu, İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə apardığım danışıqların mövzularından biri idi. Dialoq güclü bir siyasi vasitədir". 

Qeyd edək ki, çərşənbə günü İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi “Stena Impero”nun yeddi heyət üzvünün İrandan çıxa biləcəklərini söyləmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 648
avatar

Oxşar yazılar