İndoneziyanın Lombok adasında daha bir zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mataram şəhərindən 42 km şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Ötən gün Lombok adasında baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində 14 nəfər ölüb, 160 nəfər xəsarət alıb.