Yava dənizində İndoneziyaya məxsus “Mulya Sejati” gəmisinin Vyetnamın “Tayson 4” yük gəmisi ilə toqquşması nəticəsində 15 indoneziyalı balıqçı qəza nəticəsində itkin düşüb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Məlumata görə, İndoneziya gəmisinin göyərtəsində 27 nəfər olub. Toqquşma nəticəsində gəmi çevrilib, lakin “Tayson 4” gəmisinin heyəti yüngül xəsarət almış 12 balıqçını xilas etməyə müvəffəq olub.
Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.