Liviyanın Sirt şəhərində iki avtomobilin partladılması nəticəsində 12 nəfər ölüb, 60 nəfər yaralanıb.
APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident şəhərin qərbində, hərbçilərin yaxınlığında baş verib.
Rəsmi qurumlar partlayışlara görə məsuliyyəti İŞİD-in üzərinə qoyub.