Hindistan Milli Konqres Partiyasının lideri Sonya Qandi avqustun 27-də gecə saatlarında xəstəxanadan çıxıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, soyuqdəymədən və baş ağırlarından şikayət edib.
Xəstəxana həkimlərindən bir yerli KİV-ə bildirib: «O, bura gəlmişdi. Analizlər verdi. Hamısı normada idi. O, öz şəxsi maşınında evinə getdi».
***
03.02
Hindistanın hakim Milli Konqres partiyasının lideri Sonya Qandi avqustun 26-da yerli vaxtla axşam saatlarında parlamentin iclas zalından təcili olaraq, xəstəxanaya aparılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, parlament dinləmələri zamanı o, parlament üzvlərini yoxsullar üçün ərzaq subsidiyalarının verilməsi haqqında qanun layihəsini qəbul etməyə çağırıb.
Hindistan TV-də oğlu və tərəfdarlarının müşayiəti ilə onun parlamentin binasından çıxması, onların yardımı ilə maşina oturması nümayiş etdirilib.
Parlamentin üzvü Renuk Çoudxuri jurnalistlərə bildirib ki, Qandinin hərarəti qalxıb və «o, bir az dincəlməlidir».