Hindistanda <span style="color:red;">BU SƏBƏBDƏN  4 mindən çox əkinçi intihar edib
12 iyun 2019 19:54 (UTC +04:00)

Hindistanda BU SƏBƏBDƏN 4 mindən çox əkinçi intihar edib

Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturu 48 dərəcəyə çatıb.

Racastan əyalətinin  Çuru şəhəri isə 50 dərəcəni keçən temperturla dünyanın ən isti şəhəri olub.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mumbayi şəhərindən təxminən 400 km məsafədə yerləşən bölgələrdə onlarla kəndin sakinləri yaşadıqları yeri tərk edir. Su olmadığından xəstə və yaşlı insanlardan başqa əhalinin 90 faizi başqa yerlərə üz tuturlar.

Maharaştra əyalətinə  bağlı Beed şəhəri yaxınlığındakı 2 min əhalisi olan Hatkarvadi qəsəbəsində 10-15 insan qalıb.

Qlobal istiləşmə Hindistanda daha çox təsirini göstərir. Elm adamları bu prosesin davam edəcəyini və bunun fonunda ölkədə quraqlıq və susuzluğun daha da artacağını bildirirlər.

Hindistanın ən quraqlıq bölgəsi olan Maratvada son 5 ildə 4 min 700-dən çox əkinçi intihar edib.

Sadəcə 2018-ci ildə intihar edən əkinçilərin sayı 947 nəfər olub.

Havanın temperaturunun artması ilə quyulardakı sular quruyur, bu vəziyyətin təkcə iki əyalətdə 8 milyon əkinçiyə təsir etdiyi bildirilir. Kəndlilər hər gün su üstündə dava edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103
avatar

Aygün İbrahimli

Oxşar yazılar