Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində 11 hindistanlı hərbçi həlak olub.
APA-nın “Dawn” saytına istinadən verdiyi xəbərə görə, bunu Pakistan ordusu Baş qərargahının rəisi Rahil Şərif bəyan edib.
Noyabrın 14-də Kəşmir ştatındakı nəzarət zolağında baş vermiş silahlı insident zamanı 7 pakistanlı hərbçinin həlak olduğu bildirilirdi.
Qeyd edək ki, son günlər Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır. Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.