Həsrətə dözə bilmədi, ölmüş ərinin kuklasını düzəltdi - <span style="color:red;">FOTO
23 sentyabr 2019 19:22 (UTC +04:00)

Həsrətə dözə bilmədi, ölmüş ərinin kuklasını düzəltdi - FOTO

Bursanın Nilufər qəsəbəsində yaşayan 85 yaşlı Zərgözəl Turan, 6 il əvvəl itirdiyi həyat yoldaşına həsrətini azaltmaq üçün maraqlı çarə tapıb.
 
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Zərgözəl Turan həyat yoldaşı Nacı Turanın kuklasını düzəldib və kuklaya onun paltarlarını geydirib.
 
Zərgözəl Turan yalnız evdə deyil, getdiyi hər yerə kuklanı özü ilə aparır. Həyat yoldaşı ilə sağlığında toy karteclərinin qarşısını kəsən yaşlı qadın, eyni hərəkəti indi də kukla ilə edir.
 
Kəndlilərin də böyük marağına səbəb olan kukla ilə birgə, Zərgözəl Turan ən son olaraq, Yunus Sərtqaya və Pərixan Sərtqayanın toy kartecinin önünü kəsib. Gəlin maşınından pul alan yaşlı qadın, düzəltdiyi kukla ilə adət-ənənələri izləyib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Mehman Nəbiyev

Oxşar yazılar