Veteran futbolçu, AKP-li keçmiş deputat Hakan Şükürün atası həbs edilib. Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, barəsində həbs qərarı çıxarılan Sermet Şükür Adapazarında olan Salko məscidində namaz qılan zaman tutulub.
Məscidə gedən polislər namazın qılınıb bitməsini gözləyiblər. Namaz bitəndən sonra Sermet Şükür polisləri görüb, əlini yuxarı qaldıraraq təslim olub.
Qeyd edək ki, Hakan Şükür və atası Sermet Şükür barəsində Fətullahçı TerrorTəşkilatı ilə yaxın əlaqəsi olduğu ittihamı ilə həbs qərarı çıxarılıb və bütün mülklərinə həbs qoyulub.
Hakan Şükür isə hazırda ailəsi ABŞ-da yaşayır.