Gürcüstanın iki nazirliyinin rəhbərləri dəyişir
Gürcüstanın müdafiə və daxili işlər nazirləri vəzifələrinə yeni təyinatlar olacaq.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə hakim "Gürcü Arzusu" Partiyasının ofisində açıqlama verilib. Bildirilib ki, Vaxtanq Gomelauri daxili işlər naziri, İrakli Qaribashvili isə müdafiə naziri vəzifəsinə təyin ediləcək.
Hazırkı müdafiə naziri Levon İzorianın isə Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin ediləcək.
Partiyanın iclasında bundan əlavə daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.
584