Gürcüstandakı səfirimiz azərbaycanlı iş adamları ilə görüşdü
Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüş keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyhətli səfiri Dursun Həsənov bildirib ki, iki ölkə arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub: "Hər iki ölkənin xalqları arasında isti münasibətlər biznes mühitində də əks olunub".
Səfir vurğulayıb ki, Azərbaycan höküməti Gürcüstanda fəaliyyət göstərən iş adamlarına hər zaman öz dəstəyini verməyə hazırdır.
Görüşdə iş adamlarının üzləşdiyi çətinliklər və problemlər müzakirə edilib.
1144