Bakı-APA. Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.
APA-nın “Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.
Nəticələri ləğv olunmuş məntəqələrdə təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36, 22 və 48 saylı seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə beş seçki məntəqəsində majoritar və bələdiyyə seçkiləri keçiriləcək.