
Gürcüstanda millət vəkili mandatından imtina etdi
"Gürcü arzusu" partiyasının deputatı Zakaria Kutsnaşvili öz mandatından imtina edib. APA-nın yerli bürosu xəbər verir ki, millət vəkili bu addımı Gürcüstanda yaranmış gərginliyi aradan qaldırmaq məqsədi ilə atdığını bildirib.
"Vətəndaşların təhlükəsizliyi və rahatlığı parlamentə üzvlükdən daha önəmlidir",- deyə Z.Kutsnaşvili bildirib.
Qeyd edək ki, Z. Kutsnaşvili Parlamentlərarası Provaslav Assambleyasında Gürcüstan nümayəndə heyətinə rəhbərlik edib. Onun assambleyanın Tbilisidə keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olduğu bildirilir.
Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Tbilisi küçələrinə çıxan aksiyaçılar Parlamentin sədri İrakli Kobaxidzenin, Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər. Dünən keçirilən aksiya gecə saatlarında polis tərəfindən dağıdılıb, onlarla insan xəsarət alıb.
Oxşar yazılar

Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05