Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəzləyəcək
22 may 2019 03:18 (UTC +04:00)

Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəzləyəcək

“Gürcüstan Sovet silahlarını tamamilə NATO silahları ilə əvəz etməyi planlaşdırır”.
 
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Levan İzoria Gürcüstanın Vaşinqtondakı səfirliyində müstəqillik gününə həsr edilmiş tədbirdə bildirib. 
 
O, qeyd edib ki, rəsmi Tiflisin strategiyası hava müdafiə, artilleriya, mobilidarəetmə və kəşfiyyat xarakterli sistemlərin satın alınmasını nəzərdə tutur.
 
Qeyd edək ki, 2018-ci ildə Gürcüstan ABŞ-dan “Javelin” markalı 410 ədəd tank əleyhinə raket kompleksi, 74 müxtəlif hərbi təyinatlı qurğular alıb. Hərbi sahədə baş tutmuş ticari müqavilənin dəyərinin 75 milyon dollara çatdığı bildirilir.
 
Bir il əvvəl Tiflis Kalaşnikov pulemyotlarını ABŞ-ın “M-240” tipli silahları ilə əvəzləmişdi. 2017-ci il dekabr ayından isə Gürcüstan Fransadan yaxınmənzilli zenit-raket sistemləri, radiolokasiya stansiyası və mobilidarəetmə mərkəzləri alıb.
 
Qeyd edək ki, L.İzoria işgüzar səfər çərçivəsində ABŞ dövlət rəsmiləri, eləcə də yüksək çinli hərbçilərlə sözügedən mövzuda danışıqlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1275
avatar

Oxşar yazılar

Dünyanın ən böyük  çiyələyi

Dünyanın ən böyük çiyələyi

27 iyul 2024 , 12:50
MDB ölkələrindən birində terror törətmək  istəyən tutuldu

MDB ölkələrindən birində terror törətmək istəyən tutuldu

27 iyul 2024 , 10:20
Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42