Gürcüstan Prezidenti: "Cenevrə formatına yeni təkan verməyə ehtiyac var"
10 sentyabr 2019 21:48 (UTC +04:00)

Gürcüstan Prezidenti: "Cenevrə formatına yeni təkan verməyə ehtiyac var"

 
 
 
 
"Cenevrə formatına yeni bir təkan verməyə, mənalı bir müzakirəyə başlamaq üçün siyasi əhatəsini və ölçüsünü bərpa etməyə ehtiyac var".
 
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Tbilisidə  Makkeyn (McCain) İqtisadi Siyasət İnstitutunun təşkil etdiyi beynəlxalq konfransda belə deyib.  
 
Onun sözlərinə görə, münaqişənin həlli üçün ekspertlər deyil, nazirlər səviyyəsində siyasi müzakirələrin aparılması lazımdır.
 
"Münaqişəni idarə etmək yox, həll etmək üçün bir format yaratmalıyıq. Əlavə formatları nəzərdən keçirə bilərik. Güvən qazanmaq üçün daha az rəsmi platforma yaratmaq yollarını tapmalıyıq",- deyə S.Zurabişvili bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar