Gürcülər “Qazproma” yox!” deyir - YENİLƏNİB
16 yanvar 2016 22:01 (UTC +04:00)

Gürcülər “Qazproma” yox!” deyir - YENİLƏNİB

Bu gün Gürcüstanın hökumət dəftərxanası qarşısında yüzlərlə Tiflis sakini etiraz aksiyası keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya "Azadlığı müdafiə edək" qeyri-hökumət təşkilatının və Vahid Milli Hərəkat partiyasının, həmçinin digər qurumların təşkilatçılığı ilə  baş tutub.

 

Aksiya iştirakçıları Rusiyanın  "Qazprom" şirkətinin Gürcüstan üçün təhlükəli olduğunu vurğulayaraq bildiriblər ki, Gürcüstanın "Qazprom" qaz şirkəti ilə əməkdaşlığı ölkənin enerji müstəqilliyinə təhlükədir. İştirakçılar qollarına “Qazproma” yox!” şüarları bağlayaraq, Putinin və Bidzina İvanişvlinin şəkilləri əks olunan plakatlar qaldırıblar.

 

Aksiyada çıxış edən "Azadlığı müdafiə edək" QHT təşkilatının sədri Tamar Çerqoleişvili bundan əvvəl keçirilən etiraz aksiyasında da hökumətin rəhbərliyinə eyni xəbərdarlıq edildiyini deyib: "Biz bu problem barədə danışmağa utanırıq. "Qazprom" Gürcüstan üçün sərfəli deyil. Biz mümkün bütün vasitələrdən istifadə edəcəyik ki, "Qazprom" Gürcüstandan əl çəksin. Gürcüstanı  Rusiya qazından asılı vəziyyətə salmayın. Bu, nəinki enerji müstəqilliyinə, həm də dövlətin müstəqilliyinə təhlükə yaradır. Biz energetika nazirindən parlamentə gəlməyini xahiş etdik. Bu, ictimaiyyətin  təşəbbüsü ilə  hakimiyyətə xəbərdarlıq idi ki, hakimiyyət xalqın tələbini görsün. Biz etiraz aksiyamızı yenə davam etdirəcəyik", deyə  Tamar Çerqoleişvili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar