“Air Canada” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonun Dalles adına hava limanına məcburi eniş edib.
APA-nın TASS agentliyinə verdiyi xəbərə görə, buna pilotların kabinəsindəki tüstülənmə səbəb olub.
Laynerin göyərtəsində 63 sərnişin və 54 ekipaj üzvü olub. Hadisə nəticəsində zərərçəkən yoxdur. İnsidentin səbəbləri araşdırılır.