Fransanın Paris-13 Universitetində hüquq fənnini tədris edən professor auditoriyaya daxil olarkən birinci sırada oturan tələbələr arasında başı örtüklü tələbəni gördükdə əsəbiləşib və dərs deməkdən imtina edərək otağı dərhal tərk edib.
Lent.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərrərəkətinə haqq qazandıran müəllim ictimai yerlərdə baş örtüyü ilə görünməyin qadağan edildiyini xatırladıb və “Charlie Hebdo” satirik jurnalına qarşı törədilən terror aktından sonra dini simvollara nifrət hissi bəslədiyini etiraf edib.
Müəllimin hərəkətindən qəzəblənən tələbələr yoldaşlarının müdafiəsinə qalxıb və universitet rəhbərliyindən antisemitizm meylinə görə müəllimin dərhal universitetdən çıxarılmasını tələb ediblər.
Müəllim və tələbələr arasında baş verən hadisə tələbələrin qələbəsi ilə nəticələnib. Təhqiramiz hərəkətinə görə professor həmin universitetdən uzaqlaşdırılıb.