Fransanın terrorla mücadilə qurumu fevralın 12-də Bordo və Tuluza şəhərlərində keçirdiyi əməliyyat nəticəsində 15 terrorçu PKK yaraqlısını həbs edib.
Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, bu əməliyyat 2012-ci ilin martında terrorçu PKK-nın Fransada fəaliyyətinin qarşısının alınması ilə bağlı qəbul edilmiş plana uyğun gerçəkləşdirilib. Həmin sənədə əsasən, bu terrorçu qurumu Fransadan hərrac toplayır və bu yöndə də təşkilat üzvləri dindirilir.
Əməliyyat nəticəsində tutulanların kimliyi və təşkilatdakı vəzifələri barədə açıqlama verilməyib.
Mənbənin xatırlamasına əsasən,Fransa polisinin 2011-ci ilin oktyabrında Bordoda keçirdiyi əməliyyatda 7 terrorçu tutulmuşdu. Bundan başqa 2007-ci ildən bu yana terrorçu PKK-ya və ona yaxın quruluşlara qarşı əməliyyat həyata keçirilir. İndiyə kimi keçirilmiş əməliyatlar nəticəsində 250 terrorçu saxlanılsa da, sonradan onların çox sərbəst buraxılıb.