Fransada ana və qızı udduqları havaya görə dövləti məhkəməyə verdi
27 iyun 2019 08:12 (UTC +04:00)

Fransada ana və qızı udduqları havaya görə dövləti məhkəməyə verdi

 
Fransa məhkəməsi 52 yaşlı qadının və onun 16 yaşlı qızının 2012-2016-cı illərdə  Parisdə, eləcə də ətrafında havanın çirkliliyinə görə dövlətə qarşı qaldırdıqları idia üzrə hökmünü elan edib.
 
 
APA “Anadolu” agentliyinə istinadla xəbər verir ki, məhkəmə havanın çirklənməsinə görə dövlətin məsuliyyət daşıdığını bildirib. 
 
Qərarda qeyd edilib ki, Fransa dövləti tərəfindən Paris və ətrafındakı havanın çirklənməsinin qarşısının alınması üzrə tədbirlər qənaətbəxş deyil. 
 
 
 
 
Məhkəmə hava çirkliliyi səbəbindən bronxit xəstəliyinə tutulmuş ana və övladın iddiasını qəbul etsə də, onların dövlətdən 160 min avro tələbini rədd edib.
 
 
Qeyd edək ki, ötən il Nəqliyyat və Ətraf Mühit Təşkilatı tərəfindən aparılan araşdırmanın yekun hesabatında vurğulanıb ki, havanın hər kubmetrində 22 mikroqram zəhərli  hissəciklər müşahidə edilib. Bu isə bir insanın siqaret çəkməsi ilə eyni təsirə bərabərdir. Başqa sözlə, bu şəhərdə bir il nəfəs almaq 183 ədəd siqaret çəkmək deməkdir.
 
Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada xərcəngdən ölənlərin böyük əksəriyyəti məhz hava çirkliliyi səbəbindən dünyasını dəyişir.
 
# 832
avatar

Oxşar yazılar

Magistralda maşınlar toqquşdu,  ölənlər var

Magistralda maşınlar toqquşdu, ölənlər var

30 aprel 2024 , 07:24
Baydenin oğlu telekanalı məhkəməyə verir

Baydenin oğlu telekanalı məhkəməyə verir

30 aprel 2024 , 06:23
Helikopter qəzaya uğradı, 9 əsgər öldü

Helikopter qəzaya uğradı, 9 əsgər öldü

30 aprel 2024 , 05:44
Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

Kilsədən 12-ci əsrə aid dəfinə tapıldı

30 aprel 2024 , 05:11
Fələstinə dəstək göstərən tələbələr həbs edildi

Fələstinə dəstək göstərən tələbələr həbs edildi

30 aprel 2024 , 04:02
Şəhərdə ATIŞMA:  polislər öldü

Şəhərdə ATIŞMA: polislər öldü

30 aprel 2024 , 03:47
Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralandı

30 aprel 2024 , 02:22
Odessa vuruldu: 4 ölü, 18 yaralı var

Odessa vuruldu: 4 ölü, 18 yaralı var

29 aprel 2024 , 22:19